Neft 4 dollardan çox bahalaşıb



 

Dünya birjalarında neft qiymətləri artıb.

SeherXeber.org ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 4,10 dollar və ya 3,82% artaraq 111,55 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 4,36 dollar və ya 4,11% artaraq 110,49 dollar təşkil edib.