Zelenski Davosda çıxış edəcək



 

Ukrayna Prezidenti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış etmək üçün dəvət olunub.

SeherXeber.org xəbər verir ki, Zelenski mayın 23-də başlayacaq tədbirin ilk günündə videobağlantı vasitəsilə çıxış edəcək.

Forumda Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov və Kiyev meri Vitali Kliçko da iştirak edəcək.