Rus milyonerdən xeyirxah ADDIM - 50 ölkədə 12 milyon insana...



 

SeherXeber.org bizim.media-ya istinadən xəbər verir ki, Durov təkbaşına 12 milyon yemək bağışlayıb ki, bu da pula çevrildikdə 3,2 milyon dollardan çoxdur.  
 
Bu barədə o, "Telegram" kanalında məlumat verib.  
 
Bu vəsait toplama kampaniyası dünyanı aclıqdan xilas etmək məqsədi daşıyır.  Planlaşdırıldığı kimi, aksiya zamanı 50 ölkədə aclar üçün bir milyarddan çox yemək toplanacaq. 
 
"Dünya qlobal ərzaq böhranının astanasındadır.  Yüz milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzədir.  Kampaniyanın qurucusu Şeyx Məhəmməd 400 milyon, mən isə 12 milyon ianə verdim.
 
Ümid edirəm ki, yaxın illərdə bu təşəbbüsə daha çox insan qoşulacaq və biz birlikdə BMT-nin qarşıya qoyduğu "Sıfır Aclıq" məqsədinə nail olacağıq". 
 
Şirkətin saytında bildirilir ki, aylıq ianə 30 dirhəmdən (təxminən 8 dollar) başlayır ki, bu da 30 yemək üçün kifayətdir. 
 
Qeyd edək ki, Durov "Forbes"in ən zəngin rus iş adamları siyahısında üçüncü yerdədir. "VKontakte və "Telegram"ın yaradıcısının sərvəti 15,1 milyard dollar dəyərində qiymətləndirilir.