“Bakı Marafonu”na Gürcüstandan 20 iştirakçı qatılacaq



 

SeherXeber.org xəbər verir ki, “Report”un yerli bürosu xəbər verir ki, həvəskar və peşəkar marafonçular Azərbaycanın Gürcüstandakı səfirliyinə yarışda iştirak etmək istədiklərini bildiriblər.

Heydər Əliyev Fondu və səfirliyin dəstəyi ilə 1 Azərbaycan, 1 Ukrayna, 1 Kanada, 2 Rusiya və 15 Gürcüstan vətəndaşı olmaqla ümumilikdə 20 nəfər bu gün Bakıya yola salınıb.

Səfirlikdən bildirilib ki, marafonçular ötən ilin oktyabrında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Tbilisi-Rustavi marafonunda iştirak ediblər.