Nazir Premyer Liqa ilə bağlı istəyini açıqladı



 

SeherXeber.org xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, bu gün reallıq belədir: "Bundan sonra çalışmalıyıq ki, komandaların sayı artsın. Artıq AFFA ilə bu sualları müzakirə etməyə başlamışıq. Ümid edirəm ki, bundan sonra ancaq artım olacaq. Növbəti mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq".

F.Qayıbov Region Liqasında çıxış edən "Xan Lənkəran" klubunun I Diviziona buraxılmamasına da toxunub: "Bu işlə AFFA məşğul olur. Məktubu və ya sualı milli assosiyasiyaya yollasalar, daha yaxşı olar. Seçimlər qaydalar əsasında olmalıdır. Cavab onları qane etmirsə, Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər. Bu sualın cavabını indi verə bilməyəcəyəm. Bunu araşdırmaq lazımdır".