Məşhur aktyor əməliyyat olunacaq, 50 min dollar yardım toplandı - VİDEO



 

Bu gün “Səni axtarıram” verilişində aktyorun əməliyyatı üçün lazım olan 50 min dollardan çox vəsait toplanıb.

SeherXeber.org xəbər verir ki, bu barədə məlumatı əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin canlı efirində elan edib.

Qeyd edək ki, Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevin ailə üzvləri arasında donor tapılmadığından, aktyor Türkiyədə əməliyyat olunacaq.