Toyda maraqlı anlar: gəlin bəyə fənd atdı - FOTO



 

Dənizlidə qara kəmərli cüdo məşqçisi olan bəylə gəlin cüdo geyimində nikah masasına əyləşiblər.

SeherXeber.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlinin Merkezəfəndi mahalında unudulmaz toy olub.

Dənizli Böyükşəhər Belediyesporun idmançıları olan qara kəmərli cüdo məşqçiləri Ümran Şahbal və Talha Enes Arıoğlunun toy mərasimi keçirilib.

Eyni klubda idman edərkən tanış olan 23 yaşlı cütlük 2013-cü ildən bəri sürdükləri münasibətlərini toyla taclandırıb.

Toydan əvvəl bəylə gəlin zaldakılara sürpriz edib. Gəlinlik və gəlinlik paltarında cüdo paltarı geyinən gənc cütlük döşək üzərində cüdo şousu nümayiş etdirib.

Gəlinin bəyi yerə vuraraq hazırladığı şou zaldakıların xüsusi ilə diqqətini çəkib.