"Sabah" 4-cü pilləyə yüksəldi



 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

SeherXeber.org xəbər verir ki, açılış oyununda "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"dakı görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 15-ci dəqiqədə Boyan Letiç və 37-ci dəqiqədə Lukas Rangel vurublar. Bu, hər iki legionerin paytaxt klubunda ilk qolu olub. 2-ci dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev penaltidən yararlana bilməyib.

Bu qələbədən sonra xallarını 39-a çatdıran "Sabah" 4-cü pilləyə yüksəlib. 15 xalı olan "Səbail" isə "Sumqayıt"la birlikdə 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün digər oyununda "Qarabağ" "Zirə"ni qəbul edəcək. Tura mayın 9-da keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.