Barış Mançonun məşhur mahnısındakı Sarı Çizmeli Mehmet Ağa kimdir? - VİDEO



 

SeherXeber.org ın məlumatına görə, Sarı Çizmeli Mehmet Ağa 18-ci əsrdə Osmanlı imperiyasında yaşamış, əslən Karamanlı ağalardan biri olub. Böyük torpaq sahələri, xeyli sayda mal-qarası olan ağa həyatını kənd təsərrüfatına həsr edib.

Dövrün rəhbərləri bir gün onu yanına çağırır və Kiprin Girnə şəhərində ona böyük torpaq sahəsi bəxş edirlər. Tələbləri isə bölgədə kənd təsərrüfatını, maldarlığı inkişaf etdirmək olur. Sarı Çizmeli Mehmet Ağa ondan istəniləni artıqlaması ilə icra edir. 

Bəs Sarı Çizmeli Mehmet Ağa adını dillər əzbəri edən nə idi? 

Mülkədar olmasına baxmayaraq, Sarı Çizmeli Mehmet Ağa xalqın sevimlisi idi. Küsülüləri barışdırar, subayları evləndirər, gənc ailələrin ehtiyaclarını qarşılayar, ev tikdirər, torpaq pay edərdi. 

Mahnıdakı "Sarı Çizmeli Mehmet Ağa bir öder hesabı" ifadəsi nə məna verir? 

Sarı Çizmeli Mehmet Ağa ilə eyni şəhərdə yaşayan kasıb insanlar qəhvəxana(müasir dövrdə Coffee House), çay evi və yeməkxanalarda (indiki kafe, restoranlar) hesab ödəməz, bütün hesabı Sarı Çizmeli Mehmet Ağanın adına yazdırarmışlar. 

Hər Cümə namazından əvvəl Sarı Çizmeli Mehmet Ağa həmin məkanları gəzər, hamının borcunu bağlayarmış. Hətta dükanlarda kasıb insanların borclarını da bu hesaba qatıb ödəyirmiş. 

Xeyirxahlığı sayəsində adı dillər əzbəri olan Sarı Çizmeli Mehmet Ağa bütün gəlirini bu cür xərclədiyi üçün dünyasını dəyişərkən özündən sonra heç bir miras qalmamış, imkansız biri kimi vəfat etmişdir.