Bu foto Keniyanı bir-birinə qatdı: Əslində isə... - FOTO



 

Keniyada hasarın arxasında gizlənən "aslan" görən sakinlər bu barədə hüquq-mühafizə orqanlarına xəbər verib.

SeherXeber.org xəbər verir ki, hadisə yerinə gələn silahlı zabitlər kolların altındakı torbanın üzərində aslan şəklinin olduğunu aşkar ediblər.

Hadisə bu ölkənin Kianqua bölgəsində baş verib.

Səlahiyyətlilər hadisə yerinə gəldikləri zaman camaatı qorxudan aslanın əslində alış-veriş çantasının üzərində çap olunmuş aslanın fotoşəkili olduğunu təsbit etdiklərini və yanlış həyəcan təbili çalmasına baxmayaraq hadisəni tez xəbər verən insanları təbrik etdiklərini bildiriblər.

Billurə