Türkiyədə daha bir klub Namik Ələskərovu transfer etmək istəyir



 

Türkiyə "Bursaspor"unda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov daha bir klubun diqqət mərkəzinə düşüb.

SeherXeber.org xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə "Ankaragücü" yaxından maraqlanır. Bu mövsüm Superliqaya yüksələn paytaxt təmsilçisi təcrübəli oyunçunu heyətinə qatmaq istəyir.

Daha əvvəl "Sivasspor"un da Ələskərovun xidmətində maraqlı olduğu bildirilib.

Qeyd edək ki, Namik Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var.