Rəşid Behbudovun arxiv görüntüləri yayıldı: “Bu səslə mikrofonu zay edərsən” - VİDEO 



 

Azərbaycanın estrada və opera müğənnisi (tenor), keçmiş SSRİ xalq artisti mərhum Rəşid Behbudovun arxiv görüntüləri üzə çıxıb.   

SeherXeber.org xəbər verir ki, məşq zamanı lentə alınan kadrlarda sənətkar bir sıra müğənnilərə vokaldan dərs keçib.

O, müğənnilərin ifasına belə reaksiya verib:

"Hansı səslə oxuyursan sən? Not hiss olunmalıdır. Bu səslə mikrofonu zay edərsən. Səmimi deyirəm, sabah oxuya bilərsən. Elə bil ki, səhər yaxşı yeməmisən. Neçə yaşın var? Hələ cavan oğlansan. Mənim 93 yaşım var oxuyuram. Bu saat elə oxuyum ki, məcid yadıma düşsün, Qarabağ yadıma düşsün" - o söyləyib.