Rusiyanın milli futbol yığması Millətlər Liqasının 2022/23 mövsümündə iştirak etməyəcək.
SeherXeber.org xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Rusiya komandası B qrupunda İslandiya, İsrail və Albaniya komandaları ilə ikinci güclü divizionda çıxış etməli idi. Lakin komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə üçüncü divizionundan çıxarılacaq.