Qırmızı "pomada"nı necə istifadə etmək lazımdır?



 

SeherXeber.org qırmızı dodaq boyasını çəkməyin qaydalarını təqdim edir: 

Birinci növbədə ölü dəridən qurtulmalıyıq. Pomada çəkməzdən əvvəl dodaqlarınızı pilinq edərək canlandırmağa çalışın. 

Dodağı hazırlama zamanı ən vacib addım təbii ki, nəmləndirmədir. Dodaq balzamı ilə maska edərək onları nəmləndirə bilərsiniz. 

İndi isə ən vacib hissəyə keçirik. "Pomada"nız ilə eyni tonda olan qələm ilə dodaqlarınızın kənarlarını tündləşdirin. Onların daha böyük görünməsi üçün bir az kənara da çıxa bilərsiniz. 

Dodaq boyası seçiminiz tamamilə sizə bağlıdır. Mat, parlaq... İstədiyiniz "pomada"nı dodaqlarınıza tam şəkildə çəkərək doldurun. 

Sonuncu addım qüsurların örtülməsidir. Dodaqların kənarına keçmiş "pomada"nı gigiyenik qulaq çöpləri və ya konsiler (örtücü) ilə aradan qaldıra bilərsiniz.