Azərbaycan cüdoçuları Avropa çempionatını 3 medalla başa vurub



 

Azərbaycan cüdoçusu Elmar Qasımov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

SeherXeber.org xəbər verir ki, 100 kq çəki dərəcəsində rəqib İsveçrə təmsilçisi Daniel Ayx olub. Rəqibinə ipponla uduzan Qasımov 5-ci yerlə kifayətlənib.

Bununla da Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələnib.