Bəy toya gecikdi, ata əsəbiləşib qızını başqası ilə evləndirdi - FOTO



 

Hindistanda toyda gözlənilməz hadisə baş verib.

SeherXeber.org "Daily Star"a istinadla xəbər verir ki, Maharaştra əyalətinin Malkapur Pangra kəndində bəy toydan əvvəl dostları və qohumları ilə içməyə gedib.

Həddindən artıq sərxoş vəziyyətdəki bəy toya təxminən 4 saat gec gedib. Sərxoş bəy və dostları mərasimə gəldikdən sonra dalaşaraq məkanda olan digər qonaqları narahat etməyə başlayıblar.

Qız evi bəyə əsəbləşərək qızlarını elə oradaca qohumlarından birinə ərə verib. Belə ki, qızının həddindən artıq sərxoş kişiyə ərə getməsini istəməyən gəlinin atası bütün toy hazırlıqları tamamlandığından ehtiyat plan hazırlayıb. Ailənin qısa söhbətindən sonra ata qızını qohumlarından birinə ərə vermək qərarına gəlib.

Qeyd edək ki, Hindistanda bənzər hallar daha əvvəl də yaşanıb.

Fidan