Namiq Ələsgərov Super Liqa klubuna keçə bilər



 

Azərbaycan millisinin üzvü Namiq Ələsgərov Türkiyədə klubunu dəyişə bilər.

SeherXeber.org futbolpress-ə istinadən xəbər verir ki, "Sivasspor" klubu "Bursaspor"da çıxış edən yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Sivas təmsilçisinin baş məşqçisi Rıza Çalımbay Namiqi komandasında görmək istəyir.

Xəbərdə "Sivasspor"la yanaşı, Super Liqanın daha bir neçə klubunun Ələsgərovla maraqlandığı bildirilib.

27 yaşlı oyunçu bu  mövsüm "Bursaspor"la 33 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.