Mahir Emreli yenidən zədələnib



 

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.

SeherXeber.org  xəbər verir ki, 25 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən xəsarət alıb.

Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. Azərbaycanlı forvard artıq müalicəyə başlayıb.

Onun mayın 1-də "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.

Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində indiyədək 2 qol vurub.