Bank işçilərinin sayı 2 min nəfərdən çox artıb



 

Azərbaycanda bank sektorunda çalışanların sayı kəskin artıb.

SeherXeber.org ın məlumatına görə, 2022-ci il martın 31-nə banklarda çalışanların sayı 21 031 nəfər olub.

Bu isə 2021-ci ilin mart göstəriciləri ilə müqayisədə 2 264 nəfər və ya 12,1% çoxdur.

Mart ayı ərzində isə Azərbaycan banklarında çalışanların sayı 197 nəfər və ya 0,9% artıb.