10 bank şöbəsi bağlanıb



 

Azərbaycanda bank sektorunun 2022-ci il martın 31-nə əsas göstəriciləri açıqlanıb.

SeherXeber.org ”ın məlumatına görə, bank filiallarının sayı illik müqayisədə 28 ədəd və aylıq müqayisədə isə 5 ədəd artaraq 486-ya çatıb.

Bank şöbələrinin sayı isə illik müqayisədə 10 ədəd və aylıq müqayisədə isə 2 ədəd azalaraq 95-ə bərabər olub.

Bank ATM-lərinin sayında isə artım müşahidə olunub. Belə ki, il ərzində bankomatların sayı 169 ədəd artaraq 2934 ədədə çatıb.