“Paşa Holding”in işçilərinin sayı kəskin artıb



 

Azərbaycanda bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorları üzrə şirkətləri özündə birləşdirən “Paşa Holding” MMC-nin bir il ərzində işçilərinin sayı 74,3% artıb.

SeherXeber.org ”ın məlumatına görə, 2021-ci il dekabrın 31-nə qrup üzrə ümumi işci sayı 16,56 min nəfər olub. 2020-ci ilin yekununda isə holdinqin cəmi 9,5 min işçisi olub.

Qeyd edək ki, “Paşa Holding” MMC-nin cəmi aktivləri illik müqayisədə 17,4% artaraq ötən ilin sonunda 15,5 mlrd. manat təşkil edib. Ümumi gəlirləri isə 6,3% artaraq 1,7 mlrd manat olub.