Ən böyük neft şirkətlərindən biri Rusiyanı tərk edə bilər



 

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “ExxonMobil” şirkəti iyunun 24-dək Rusiya bazarından tamamilə çıxmaq imkanını nəzərdən keçirir.

SeherXeber.org " xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən yazıb.

Bu qərar Amerikanın enerji nəhənginin Rusiyadakı müxtəlif layihələrdən çıxmasının ardından ola bilər.

Qərara səbəb Rusiyanın Ukraynadakı hərbi əməliyyatları olub.