“Azər Türk Bank” əməliyyatları zərərlə icra edib - Mərkəzi Banka borcu artıb



 

“Azər Türk Bank” ASC 2022-ci ilin birinci rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

SeherXeber.orgın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 439,272 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 32,9% çoxdur.

Müştərilərə verilmiş xalis kreditlərin həcmi illik müqayisədə 50,9% artaraq 245,098 mln manat təşkil edib.

Ötən ilin ilk rübünün yekunları ilə müqayisədə bankın depozit portfeli isə 25,7% artaraq 201,127 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 39,2% artaraq cari ilin martın 31-ə 381,746 mln manat təşkil edib.

Mərkəzi Banka borcu artıb

Bankın cəmi öhdəliklərinin tərkibində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri illik müqayisədə 40,9% artaraq 115,440 mln manat olub

“Azər Türk Bank”ın cəmi kapitalı isə illik müqayisədə 2,1% artaraq 57,526 mln manata yüksəlib.

Cari ilin ilk rübünün yekununda bankın xalis faiz gəlirləri 4,467 mln manat, xalis qeyri-faiz xərcləri isə 4,571 mln manat təşkil edib.

Əməliyyatlarını zərərlə icra edib

Əməliyyatlarını 104 min manat zərərlə icra edən bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 330 min manat azaldıb. Bununla da bank ötən ili 226 min manat xalis mənfəətlə başa vurub. 

Qeyd edək ki, 2021-ci ilin ilk rübü ilə müqayisədə “Azər Türk Bank” ASC-nin xalis mənfəəti 2,3 dəfə azalıb.