“Beynəlxalq Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib



 

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

SeherXeber.org ”ın məlumatına görə, “Aqrarkredit” QSC-nin bankdakı payı 0,1% artaraq 0,23% təşkil edib.

QSC-nin səhmdar payının artımı digər səhmdarlar hesabına olub. Belə ki, digər səhmdarların bankdakı payı 0,1% azalaraq 4,71%-dən 4,61%-ə enib.

Maliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Xidmətinin isə səhm bölgüsündə payı dəyişməyərək müvafiq olaraq 91,4% və 3,76% olaraq qalıb.