Azərbaycanda kino çəkilişinə ayrılan pullarla bağlı yoxlama aparılır



 

“Dövlət büdcəsindən kino çəkilişinə ayrılan vəsaitlərlə bağlı auditlər yekunlaşmaq üzrədir”.

SeherXeber.org ” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, parlamentin komitəsində bu məsələnin müzakirəsi planlaşdırılır.