“Beynəlxalq Bank” səhmdarlarına dividend ödəyəcək



 

“Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək/

SeherXeber.org xəbər verir ki, yığıncaq 14 iyun 2022-ci il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda baş tutacaq.

Yığıncağın gündəliyinə “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci ilin maliyyə hesabatının təsdiq edilməsi, 2021-ci ilin maliyyə nəticələrinə əsasən ASC-nin səhmdarlarına dividendin ödənilməsi və bankın balansında geri çağırılmış səhmlərinin ləğv edilməsi məsələləri daxildir.

Bildirilir ki, səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulur.