Oruclarını özəl sistemlə açırlar



 

Türkiyənin Buldan kəndində insanlar oruclarını xüsusi sistemlə açırlar. 

SeherXeber.org lent.az-a istinadla xəbər verir ki, kənd sakinləri 1940-cı ildən indiyə qədər qədər istifadə olunan Ramazan borusunun səsini eşitdikdən sonra iftara başlayırlar. 

Bu sistem imsak və iftar olmaqla gün ərzində iki dəfə səsləndirilir və təxminən 2 dəqiqə davam edir. 82 ildir davam edən bu ənənə çox insanın marağına səbəb olub. 

Qeyd edək ki, Türkiyədə bu borulardan cəmi 3 ədəd var.