“Azəriqaz” Sabunçuda sahibkarlarla görüşəcək



 

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşünü Bakının Sabunçu rayonunda təşkil edəcək.

SeherXeber.org bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Maştağa qəsəbəsindəki Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarların suallarını cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 21-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.