"Şahdəniz" yatağından gəlirlər 12 dəfə artıb



 

2022-ci ilin ilk rübünə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 359 125 min ABŞ dolları təşkil edib. 

SeherXeber.org xəbər verir ki, bu, illik müqayisədə 12,3 dəfə çoxdur.

Fondun yanvar-mart aylarında "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 62 494 min dollar olub, bu da 2,14 dəfə artım deməkdir.

ARDNF-nin "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 2007-ci ildən etibarən 4 911 mln. dollar təşkil edib.