Bu şəhərdə bazar günləri işləmək qadağan edilib



 

SeherXeber.org ın məlumatına görə, Mostar Bələdiyyəsi qadağaya əməl etməyən obyekt və mağazaların 1500 avroyadək cərimə olunacağını açıqlayıb.

Bələdiyyə sədri Mario Kordiç qadağanın məqsədinin şəhərdəki hər kəsin bazar günlərini ailələri ilə birgə keçirməsinə şərait yaratmaq olduğunu bildirib.

Qeyd edək ki, Mostar Bosniya və Herseqovina ərazisində sahəsinə görə beşinci ən böyük şəhərdir. Şəhər öz adını Neretva çayı üzərində olan "Mostar körpüsü"ndən götürüb.