Neft qiymətləri 3 həftəlik maksimuma çatdı



 

Neft qiymətləri bazar ertəsi təqribən üç həftənin ən yüksək səviyyəsinə yüksəlib.

SeherXeber.org ın məlumatına görə, buna səbəb qlobal tədarüklə bağlı qorxuların artması, Ukraynada böhranın dərinləşməsi ilə Qərbin əsas neft ixracatçısı olan Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqi gözləntilərini artırması olub.

"Brent" fyuçersləri 1,09 dollar və ya 1% bahalaşaraq bir barel üçün 112,79 dollar təşkil edib. Sessiyanın əvvəlində isə martın 30-dan bəri ən yüksək həddi olan 113,80 dollara çatıb.

ABŞ-ın Qərbi Texas neft (WTI) fyuçersləri 1,00 dollar və ya 0,9% artaraq 107,95 dollar/barelə çatıb və martın 30-dan bəri ən yüksək göstərici olan 108,55 dollara yüksəlib.

Qeyd edək ki, Pasxa həftəsonu tətilləri ərəfəsində Avropa İttifaqının Rusiya neftinin idxalına qadağa qoya biləcəyi xəbəri ilə cümə axşamı hər iki müqavilə 2,5%-dən çox dəyər qazanıb.

AB hökumətləri keçən həftə blokun icra qurumunun Rusiya xam neftini qadağan etmək üçün təkliflər hazırladığını söyləmiş, lakin diplomatlar Almaniyanın təcili embarqonu aktiv şəkildə dəstəkləmədiyini bildirmişdilər.

Könül

SeherXeber.org