Bakıda milyonluq şirkət ləğv olunur



 

“Bakı Yükdaşıma Nəqliyyat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

SeherXeber.org ”ın məlumatına görə, yığıncaq 2022-ci il mayın 19-u saat 11.00-da Bakı, Binəqədi rayonu, Dərnəgül şossesi, 23-cü Dağlıq küçəsi, 3095A nömrəli məhəllə baş tutacaq.

İclasın gündəliyinə cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və digər məsələlər.daxildir. 

Qeyd edək ki, “Bakı Yükdaşıma Nəqliyyat” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Zülfüqarov Azər Əlihadi oğludur. Şirkətin nizamnamə kapitalı 1 102,730 min manat təşkil edir.