"Azəristiliktəchizat" qazla bağlı 14 milyon manat borcu ödəməyib



 

Hazırda qazla bağlı 20 milyon manatlıq borc yaranıb.

SeherXeber.org xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəyev deyib.
O bildirib ki, həmin borcun 6 milyon manatı ödənilib, 14 milyon manat isə borc qalıb.

"Borcun yaranma səbəblərindən biri xərclərin il ərzində bərabər paylanmmamasıdır. Həmçinin qaçqın şəhərciklərində istiliklə bağlı ödənişlər edilmir. Bu şəhərciklərdəki istehlakçıların 6,364 mln manat borcu var. Bu da ödənişə təsir edən amildir".

"Bu il istifadə olunan qazın 92-93% dəyərini ödəyə biləcəyik. Biz də qalan 8%-in ödənilməsi üçün çalışırıq", - deyə qurum rəsmisi əlavə edib.