Rusiya neftinə qadağa ehtimalı nefti bahalaşdırdı



 

Neft qiymətləri ucuzlaşmanın ardından yenidən bahalaşmağa başlayıb.

SeherXeber.org ın məlumatına görə, buna səbəb isə Avropa İttifaqının Rusiya neftinin idxalına qadağa mərhələsinə keçə biləcəyi ilə bağlı xəbərlər olub.

"Brent" fyuçersləri 2,92 dollar və ya 2,68% artaraq 111,70 dollar/barelə bərabər olub. ABŞ-ın Qərbi Texas neftinin (WTI) fyuçersləri 2,70 dollar və ya 2,59% bahalaşaraq 1 barel üçün 106,95 dollara çatıb.

Ümumilikdə,  bir neçə həftədir ki, neft qiymətləri 2020-ci ilin iyun ayından bəri ən dəyişkən dövrünü yaşayır.