Zəmanət kartı təqdim edilməyən məhsul xarab olduğu zaman tələblərimizi necə bildirə bilərik?



 

Mağaza alınan məhsula zəmanət kartı təqdim etməyibsə, məhsulun xarab olduğu və ya zədələndiyi ortaya çıxarsa, alıcı öz tələblərini bildirə bilər.

SeherXeber.org ın məlumatına görə, bu barədə Azərbaycanın Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilir:

“Malın zəmanət müddəti müəyyən edilmədikdə və alqı-satqı müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, alıcı malı aldığı tarixdən iki il müddətində satıcıya (istehsalçıya, icraçıya) öz tələblərini bildirə bilər. Əgər mallar poçtla çatdırılıbsa, malın əldə edildiyi tarixdən iki il ərzində tələblər irəli sürülə bilər”.

Bu barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.2-ci maddəsində qeyd edilir.