"Bank Respublika" səhmdarları mənfəəti bölüşəcək



 

"Bank Respublika" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

SeherXeber.org ın məlumatına görə, yığıncaq 2022-ci il mayın 30-u saat 11:00-da, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş ofisində keçiriləcək.

Yığıncağın gündəliyinə iclasın sədrinin və katibinin təyin edilməsi, iclasın gündəliyinin təsdiq edilməsi, 2021-ci il üçün kənar audit yoxlamasının nəticələri və ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi haqqında məsələlər daxildir.