İşsizlikdən sığorta üzrə 35 milyon manat toplanıb



 

Bu ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 47 milyon 408,3 min manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 35 milyon 266,4 min manat olub.

SeherXeber.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 109% və 112,3% təşkil edib", - o qeyd edib