İcmal büdcədə 2 milyard manata yaxın PROFİSİT



 

2022-ci ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 7 960,3 milyon manat olub.

SeherXeber.org ın məlumatına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 991,5 milyon manat və ya 14,2% çoxdur.

İcmal büdcənin xərcləri isə 6 309,1 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 387,8 milyon manat və ya 6,5% çoxdur.

Nəicədə, cari ilin ilk rübündə icmal büdcədə 1651,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.