Büdcədə 1,3 milyard manat artıqlıq yaranıb



 

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 7 009,6 milyon manat, xərcləri isə 5 629,5 milyon manat təşkil edib.

SeherXeber.org Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,2% və 1,9% çoxdur.

Son nəticədə dövlət büdcəsində 1 380,1 milyon manat qalıq yaranıb.