Büdcə vergi daxilolmaları 34% artıb



 

Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802 milyon 191,1 min manat təşkil edib və proqnoz 123,8% icra olunub.

SeherXeber.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"O cümlədən, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 48,9% artaraq 2 milyard 249 milyon 381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib", - o qeyd edib.