"Azərbaycanda kredit faizləri çox yüksəkdir" - Siyavuş Novruzov



 

“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələni təqdim edərkən Elman Rüstəmova təşəkkür etməli idi. Çünki o, uzun müddət ölkənin bank sektorunun rəhbəri vəzifəsində işləyib”.

"Ölkə Az" xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanda kreditlər birrəqəmli faizlərlə verilməlidir:

“Azərbaycanda kredit faizləri çox yüksəkdir. Ümid edirəm ki, yeni tərkib ölkənin pul-kredit sistemini uğurla həyata keçirəcək”.

Mürtəza
SeherXeber.org