Ada həbsxanası turizm məkanına çevrilib



 

Meksikanın Sakit okean sahillərində əvvəllər İslas Marias ada həbsxanasının yerləşdiyi kiçik arxipelaq indi turistləri qəbul etməyə hazırdır.

SeherXeber.org bu barədə “Report”a istinadən xəbər verir.

Qeyd edilir ki, Məryəm Ana adasına çatmaq hətta ən tələbkar turist üçün də asan olmayacaq: qeyri-sakit sularda beş saatlıq qayıqla səyahət qarşıdadır.

İslas Marias həbsxana koloniyası 1905-ci ildə dörd adadan ən böyüyü olan və Nayarit sahilindən 60 mildən çox məsafədə, insanların yeganə məskunlaşdığı Məryəm Ana adasında yaradılıb. Meksika sahillərində tez-tez baş verən qasırğaların zərər vurduğu həbsxana 2019-cu ildə bağlanıb.

Ölkə Prezidenti Andres Manuel Lopez Obrador onu ekoloji təhsil mərkəzinə çevirib və oradan 150-yə yaxın yeniyetmə keçib. İndi hökumət onu ziyarətçilərin dəniz quşlarını seyr edə və çimərliklərdən həzz ala biləcəyi ekoturizm obyektinə çevirib.