Azərbaycanda elektrik enerjisi istehsalı 4% artıb - Nazir



 

Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisi istehsalı 3,9 % artaraq 7 milyard 194,2 milyon kilovat/saata çatıb.

SeherXeber.org xəbər verirr ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında yazıb.

"Elektrik enerjisi ixracı isə 1,4 milyon kilovat/saat artımla 508,4 milyon kilovat/saat olub", - o qeyd edib.