Bakıda keçmiş məhkumu qətlə yetirən şəxs hakim qarşısında 



 

Bakıda keçmiş məhkumu qətlə yetirməkdə təqsirli bilinən Zaur Kazımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

SeherXeber.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Bekə ki, əvvəllər də məhkum olumuş Z.Kazımovun münaqişə zəminində Z.Cəbrayılovu bıçaqla qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı ona Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.