Sülhməramlıların nəzarətində olan ərazidə abonentimiz yoxdur - Azəriqaz



 

Sülhməramlıların nəzarətində olan Azərbaycan ərazisində heç bir inventarlaşma işləri aparmamışıq. 

SeherXeber.org xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, dəqiq hər hansı bir rəqəm demək doğru olmaz: “Biz həmin ərazidə hər hansı texniki iş görmürük və orada yerləşən abonentlər də SOCAR “Azəriqaz” abonentləri deyil”. 

“Doğrudur biz o ərazilərdə olmuşuq, lakin orada erməni mətbuatının dediyi kimi çox əhali yaşamır”, - deyə qurum sədri əlavə edib.