Azərbaycanda təbii qaz itkilərinin həcmi açıqlandı



 

2022-ci ilin yanvar-mart aylarında təbii qaz itkiləri 7,6% təşkil edib.

SeherXeber.orgxəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, qeydə alınan itki ötən ilin eyni rübü ilə müqayisədə 2,2% azdır.

“2022-ci ilin mart ayında qaz itkisi 9% olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azdır”, - deyə qurum sədri bildirib. 

Könül

SeherXeber.org