“Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyində dəyişiklik olacaq



 

“Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

SeherXeber.orgın məlumatına görə, yığıncaq 2022-ci il mayın 11-də saat 11.00-da sığorta şirkətinin “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində baş tutacaq.

Ümumi yığıncağın gündəliyinə “Azərbaycan Sənaye Sığorta” ASC-nin idarə heyətinin tərkibində dəyişiklik edilməsi və digər məsələlər daxildir.