Neft 3 həftəlik minimumdan sonra yenidən bahalaşır



 

Neft qiymətləri istehlakçı dövlətlərin fövqəladə ehtiyatlardan böyük miqdarda neft buraxdıqlarını elan etməsinin ardından əvvəlki sessiyada toxunulan üç həftənin ən aşağı səviyyəsindən yenidən yüksəlib. Buna səbəb isə neft tədarükü ilə bağlı narahatlıqlar olub.

SeherXeber.org ın məlumatına görə, "Brent" markalı neft fyuçersləri 1,48 dollar və ya 1,5% bahalaşaraq bir barel üçün 102,55 dollara, ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neft fyuçersləri isə 1,26 dollar və ya 1,3% artaraq barreli 97,49 dollar olub.

Qeyd edək ki, hər iki neft fyuçersləri əvvəlki sessiyada 5%-dən çox dəyər itirərək martın 16-dan bəri ən aşağı bağlanış səviyyələrinə çatmışdı.

Çərşənbə günü Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qiymətləri aşağı endirməyə kömək etmək üçün ABŞ-ın ötən həftə elan etdiyi 180 milyon barrel neftin üzərinə 60 milyon barel neft buraxmağa razılaşıb.

Könül

SeherXeber.org