Qarabağda 3 ədəd modul xəstəxana quraşdırılacaq



 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təkliflər sorğusu elan edib.

SeherXeber.org ”ın məlumatına görə, sorğu Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə 3 ədəd modul tipli xəstəxana kompleksinin hazırlanması və quraşdırılması işləri üçün elan edilib.

Məlumata görə, iddiaçılar təkliflərini aprelin 22-i, saat 12:00-a qədər portal vasitəsilə təqdim edə bilərlər.