Qarabağ atlarının satış qiyməti məlum oldu



 

Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılacaq.

SeherXeber.org ın əldə etdiyi məlumata görə, hərraca çıxarılacaq Qarabağ atlarının start qiymətləri 5-30 min manat aralığında olacaq. Burada 3-4 at sərgilənəcək ki, qiymətlər də atların təlim xüsusiyyətlərinə, cıdır qabiliyyətinə, şəcərəsinə görə müəyyən olunub.

Sonuncu qiymət artımına görə də atların satışı qeydə alınacaq. 

Qeyd edək ki, aprelin 15-də keçiriləcək hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər.